Hansı hallarda qaz sayğacları ödənişsiz quraşdırılır?
“Bütün hallarda əhali abonentləri üzrə sayğaclar ödənişsizdir. Biz iyul ayının 1-dən “MTK” deyilən yeni tikililərdə də sayğacı ödənişsiz quraşdırdıq”.
APA TV-nin “Yerində” proqramının suallarını cavablandıran “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu barədə məlumat verib. Onun sözlərinə görə, amma genişlənmiş massiv hissəsində qurumun qaz kəmərimiz varsa, orada yeni ev tikən abonent qazlaşdırmanı öz vəsaiti hesabına həyata keçirir: “Bunu bizdə mərkəzləşdirilmiş olan “Alyans” şirkət və onun tərkibində olan podratçı təşkilatlar aparır. Yaxın gələcəkdə bu iş prinsipində də müəyyən dəyişikliklərin olması gözlənilir. “Azəriqaz” İstehsalat Birliyinin yanında İctimai Şura fəaliyyət göstərir və abonentlərlə görüşlər keçirilir. Məlum olub ki, müəyyən dəyişikliyin olunması vacibdir”, - deyə baş direktor bildirib.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşdülər
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib
Media və Yayım Şurası AÇIQLAMA YAYDI
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu