20:37 11 may 2022 580
Ana səhifə Xəbərlər

Hakim İlkini niyə tez-tez susdurub? - VƏKİLDƏN QALMAQALLI AÇIQLAMA

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. 

APA-nın xəbərinə görə,  proses Gəncə Ağır Cinayətlər Məhkəməsində Hakim Dadaş İmanovun sədrliyi ilə baş tutub.  İlkin Süleymanov məhkəmədə növbəti ifadəsini verib. O,  cinayəti boynuna götürməsi üçün işgəncələrə məruz qalmasından danışıb. İlkin Süleymanov ifadəsində rayonun keçmiş polis rəisi Şirzad Əsgərov və rəis müavini Şahlar Cəfərovun ona işgəncə verdiyini, beləliklə təzyiq edərək cinayəti boynuna götürməyə məcbur etdiklərini deyib.

Proses mayın 18-də davam etdiriləcək.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 49 yaşlı  İlkin Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin  (xüsusi amansızlıqla qəsdən adam öldürmə), (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) və  başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.

Fuad Nazimoğlu, APA TV, Gəncə

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın