Hakan Mengüç Bakıda oxucuları ilə görüşdü
Hakan Mengüç... Adını eşit, yazılarını oxu, amma üzünü görmə...
Nəhayət ki, bu gün Azərbaycan oxucusu onunla yaxından tanış ola bildi.
Avropa Azərbaycan Məktəbinin Badamdar filialında məşhur motivasiyaçı, yazar və ney ifaçısı Hakan Mengüç oxucuları ilə görüş keçirdi. “Libraff” mağazalar şəbəkəsinin təşkilatçılığı ilə baş tutan tədbir insanlara mənəvi gücünü tanıtmaq məqsədindən qaynaqlanır və "Pozitiv düşün, özün kimi olmaq cəsarətini göstər" adlanır.
Səhnəyə çıxan Hakan Mengüç qonaqları salamladıqdan sonra söhbətə ney ifası ilə başlamaq istədiyini söylədi: “Bugünkü seminarda necə daha xoşbəxt yaşamaq olar, həyata necə düzgün baxa bilərik, bu qaçaqaç içərisində olan bir həyatda neçə sakitlik tapa bilərik və s. kimi suallara cavab tapmağa çalışacağıq. Mən həm də musiqiçiyəm. Bəzən sözlərlə başa sala bilmədiyimiz hisləri musiqinin dili ilə insanlara çatdırmaq daha rahat olur. Çaldığım ney alətinin bir fəlsəfəsi var və Mövlanənin fəlsəfəsini bu alətlə birlikdə ifa edəndə daha düzgün başa düşülür”.
Motivasiyaçı dünyaya baxışın beş qaydasından bəhs edərək, bu qaydaların həyatının müxtəlif mərhələlərində təcrübə olaraq yaşadığını söylədi.
Hakan Mengüç həyat təcrübələrini bölüşdüyü səmimi söhbət və zarafatlarla, Mövlanədən və Şəms Təbrizidən danışdığı ibrətamiz əhvalatlarla, ən əsası, ruh oxşayan ney ifası ilə tamaşaçıların ruhunu oxşadı.
Həmçinin ney ifası ilə müşayiət olunan türkülər də səsləndirildi. Müxtəlif musiqi parçaları tamaşaçılar tərəfindən gur alqışlarla qarşılandı.
Qeyd edək ki, Hakan Mengüç motivə edən çıxışları, kamillik fəlsəfəsinə əsaslanan "Ben neyim" və "Qəlbin təmizsə, hekayən mutlu bitər" kitabları ilə Azərbaycan və Türkiyədə məşhurdur.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək