Hacıqabulda piyada səhlənkarlığın qurbanı oldu

Hacıqabulda piyadanın ölümü ilə nəticələnən avtoqəza baş verib.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Yol kənarında dayanan yük avtomobilinin sərnişini sürücü tərəfdən kabinənin qapısını açaraq, oradan nəsə götürərkən sürətlə hərəkətdə olan “Ford” markalı 99 LJ 419 dövlət nömrə nişanlı avtomobil onu vurub. Bakı sakini olan 21 yaşlı şəxs hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.  

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR