Hacıqabulda iki “Mercedes” toqquşdu - 7 YARALI
Hacıqabulda ağır yol qəzası baş verib, 7 nəfər xəsarət alıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Pirsaat kəndi ərazisində qeydə alınıb.
"Mercedes" markalı iki minik avtomobilinin toqquşması nəticəsində Biləsuvar sakini, 1989-cu il təvəllüdlü Hüseynli Elçin Ələsgər oğlu, İmişli sakinləri - 1966-cı il təvəllüdlü Əzizov Nazim Çərkəz oğlu, 1968-ci il təvəllüdlü Əzizova Arifə Bəybala qızı, 2014-cü il təvəllüdlü Əzizov Nazim Nahim oğlu, Sumqayıt sakini, 1989-cu il təvəllüdlü Səfərov Elnur İsrayıl oğlu, 1953-cü il təvəllüdlü Eyvazova Məleykə İbrahim qızı və Vüsal Ələmdar oğlu müxtəlif bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına aparılıb. Yaralılardan biri reanimasiya, 3 nəfəri travmatologiya şöbəsinə yerləşdirilib. Digər xəstələr ambulator müalicəyə buraxılıb.
Qeyd edək ki, qəzaya səbəb yolda təmirlə əlaqədar birtərəfli yolda hərəkət zamanı bir avtomobilin digər avtomobilin qarşısına çıxması olub.
Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."