Hacıqabulda ev yandı - SƏBƏB
Hacıqabul rayonunda fərdi yaşayış evi yanıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə avqustun 21-də günorta saatlarında qeydə alınıb. Evin otaqlarından birinə yığılmış yun bağlamasında başlayan yanğın qısa zamanda bütün evi əhatəsinə alıb. Nəticədə rayon sakini, Həsənov Atamoğlan Yaqub oğluna məxsus birmərtəbəli, 3 otaq və aynabənddən ibarət olan ev, içindəki əşyalarla birlikdə yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Hacıqabul Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və iki yanğınsöndürən maşını cəlb olunub. Yanğın lokallaşdırılıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hadisənin səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR
19:50
907
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
19:49
967
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
19:48
912
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
19:09
976
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
18:16
980
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
18:15
977