Hacıqabulda dəhşətli qəza: “BMW” dayanmış yük maşınına çırpıldı – 3 ÖLÜ, 4 YARALI
Hacıqabul rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin Mil-Muğan bürosunun verdiyi xəbərə görə, Bakı-Qazax avtomobil yolunun rayonun Qarasu kəndi ərazisindən keçən hissəsində “BMW” markalı minik avtomobili yolun kənarında dayanmış "KamAZ" markalı yük avtomobilinə arxadan çırpılıb.
Qəza nəticəsində minik avtomobilində olan sərnişinlərdən 3 nəfər - “BMW”-nin sürücüsünün həyat yoldaşı, 1980-ci il təvəllüdlü Əliyeva Səmayə Məmməd qızı, qardaşının həyat yoldaşı Əliyeva Xatirə Kamil qızı və qardaşı oğlu, 2005-ci il təvəllüdlü Əlizadə Rizvan Süleyman oğlu dünyasını dəyişib.
Avtoqəza zamanı 1975-ci il təvəllüdlü Əliyev Müşfiq Əliqardaş oğlu, 2012-ci il təvəllüdlü Əlizadə Ömər Müşfiq oğlu, 2008-ci il təvəllüdlü Əlizadə Nərmin Müşfiq qızı, 2009-cu il təvəllüdlü Əlizadə Əliqardaş Müşfiq oğlu xəsarət alıb.
Ölənlərdən birinin cəsədi deformasiyaya uğramış avtomobildən xilasedicilər tərəfindən çıxarılıb. Qəzaya səbəb sürücünün sükan arxasında yuxulaması olub.
Məlumata görə, qəzaya düşən Qobustan sakinləri Qaxdan istirahətdən qayıdırmış. Onların hamısının yaxın qohum olduğu bildirilir.
Faktla bağlı BDYPİ-də araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."