Hacıqabulda baş verən qəzada sürücü ölüb
Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA Tv-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə gecə saatlarında Bakı-Qazax magistralının 70-ci kilometrliyində Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində qeydə alınıb.
Bərdə rayon sakini, 1982-ci il təvəllüdlü Adıgözəlov Vüsal Nizami oğlunun idarə etdiyi “Mercedes” markalı 99 SB 789 dövlət nömrə nişanlı avtomobil Goranboy rayon sakini, 1973-cü il təvəllüdlü Cəfərov Müşfiq İsak oğlunun idarə etdiyi qoşqulu “KaMAZ” markalı 22 BF 729 dövlət nömrəli avtomobilə arxadan çırpılıb. Nəticədə “Mercedes”-in sürcüsü hadisə yerində ölüb.
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:48
588
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
583
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
587
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
16:40
327
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
16:39
321
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
16:37
331