Hacıqabulda "Baron Qəzənfər" və "Memi" tutuldu
Bakı-Qazax magistral yolunda saxlanılan avtomobildən xeyli miqdarda narkotik vasitələr aşkar edilib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri çərçivəsində taksi kimi fəaliyyət göstərən “Azsamand” markalı avtomobil saxlanılan zaman avtomobildə olan sərnişinlərin üzərindən satış məqsədi üçün nəzərdə tutulan, ayrı-ayrı bükümlərdə ümumi çəkisi 100 qram heroin və 20 qram metamfetamin aşkar edərək götürülüb.
Kriminal dairələrdə “Baron Qəzənfər” kimi tanınan Bərdə rayonunun Qazıqurdalı kənd sakini, 1972-ci il təvəllüdlü əvvəllər məhkum olunan, Qəzənfər Fərəcov və kriminal dairələrdə “Memi” ləqəbi ilə tanınan Bərdə rayonunun Lək kənd sakini, 1982-ci il təvəllüdlü Tağı Teymurov narkotik vasitələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, daşıma, saxlama, gəzdirmə və satma barədə razılığa gəlib qabacadan əlbir olublar.
Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"