Hacıqabulda avtomobil piyadanı vuraraq ağır yaraladı
Bakı-Qazax magistral yolunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul rayonunun Atbulaq kəndində qeydə alınıb.
Bakı sakini Hümbətov Şahin Əli oğlu idarə etdiyi “Mercedes Sprinter” markalı kiçiktutumlu yük avtomobili ilə yolu keçən Hacıqabul rayonunun Atbulaq kənd sakini, 1986-cı il təvəllüdlü Fərhadov Elşad Ələsgər oğlunu vurub. Ağır xəsarətlər alan piyadanı sürücü özü Ələt qəsəbəsindəki xəstəxanaya aparıb. Xəstə ağır kəllə-beyin travması ilə Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
11:43
1132
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
1140
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
1165
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1342
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1931
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1952