Hacıqabulda ağır qəza - İKİ QARDAŞ ÖLDÜ
Hacıqabulda baş verən avtoqəzada 2 qardaş həyatını itirib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə avqustun 31-də, saat 4:00 radələrində Hacıqabul şəhərinin girişində qeydə alınıb. Şirvan sakini, 1988-cİ il təvəllüdlü Qanbayev Anar Fərrux oğlunun idarə etdiyi "VAZ 2107" markalı 10 LL 740 dövlət nömrə nişanlı avtomobil böyük sürətlə hərəkətdə olarkən yoldan çıxaraq yaxınlıqdakı uşaq bağçasının hasarına və daha sonra hasarla paralel dayanan "KamAZ" markalı yük maşınına çırpılıb. Nəticədə avtomobilin sürücüsü və avtomobildə olan sərnişin - sürücünün qardaşı, 1983-cü il təvəllüdlü Qanbayev Fəzail Fərrux oğlu hadisə yerində ölüblər. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:50
886
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
19:49
949
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
19:48
893
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
19:09
974
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
18:16
978
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
18:15
975