Gürcüstanda Ukraynaya dəstək mitinqi - Əraziyə çox sayda polis cəlb edildi
Gürcüstanın paytaxtı Tbilisidə Ukraynaya dəstək məqsədilə genişmiqyaslı həmrəylik mitinqi keçirilib. Mitinqdə müxtəlif siyasi partiyaların liderləri, vətəndaş cəmiyyəti nümayəndələri, eləcə də Gürcüstanda yaşayan Ukraynalılar və minlərlə paytaxt sakini iştirak edib. Parlament binasının qarşısına toplaşan iştirakçılar Gürcüstan və Ukraynanın dövlət himnlərini səsləndiriblər.
Mitinq iştirakçılarına Kiyev meri Vitali Kliçko da videomüraciət ünvanlayıb. O, Ukraynada davam edən müharibədə 36 gürcü döyüşçünün həlak olduğunu deyib. Mitinq səbəbilə Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Əraziyə çox sayda polis cəlb edilib, təhlükəsizlik tədbirləri gücləndirilib. Mitinq insidentsiz başa çatıb. Analoji aksiyalar Tbilisi ilə yanaşı, Batumi və Kutaisi şəhərlərində də təşkil edilib.
OXŞAR XƏBƏRLƏR
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb
27 İL SONRA - 2020-ci il oktyabrın 4-də Cəbrayıl AZAD EDİLDİ
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib