Günəş kremləri bizi hansı təhlükələrlə üz-üzə qoyur?
İnsanlar təkcə çimərliyə gedəndə deyil, adi günlərdə də günəş kremini az qala qidalandırıcı krem kimi istifadə edirlər. Mütəxəssislər isə mənşəyi bəlli olmayan qoruyucuların təhlükələrinə diqqət çəkir. Bundan başqa, günəş kremləri müxtəlif allergik reaksiyalar da verə bilir. Ekspert deyir ki, Səhiyyə Nazirliyi tərəfindən sertifikasiyadan keçmiş günəş kremlərindən istifadə etmək məsləhətdir. Kremlərin saxlanma şəraiti də keyfiyyətə təsir edir. Belə ki, mağaza və apteklərdə temperatur 30 dərəcədən yuxarıdırsa, oradakı kremləri almamamlıyıq. Günəşdən qoruyucular öz təsirini 15-20 dəqiqə sonra göstərir. Buna görə də çölə kremi sürtəndən 20 dəqiqə sonra çıxmaq məsləhətdir. “Krem vurmuşuq, deməli, istədiyimiz qədər günəşlənə bilərik” deyib də saatlarla günəşlənmək də dəri üçün zərərlidir. Günəş kremlərinin üzərindəki SPF göstəricilərinin çoxluğu elə bir ciddi fərq yaratmır. Əsas odur ki, düzgün rejimlə, düzgün nahiyədə istifadə olunsun. Bəzi vətəndaşlar isə “günəş kreminə o pulu verməkdənsə yanmağı üstün tuturam” deyir. Büdcəsi olmayanların isə günəş şüalarından qorunmaq üçün b planı var. Məsələn, dərini qorumaq üçün zeytun yağı, qatıq sürtənlər də az deyil. Hətta pivəni bədənlərinə sürtüb qaralanlar da var. Biz sözlə, istiənilən halda günəşdən qorunmağın ən yaxşı yolu günün qızmar saatlarında açıq havada qalmamaqdır. Yaxşı olardı ki, səhər saat 10-a qədər, axşam isə saat 5-dən sonra günəşlənəsiniz. AYNUR QARA ARİF ƏLİYEV APA TV
OXŞAR XƏBƏRLƏR
İnam Kərimov hakimlərlə bağlı danışdı: "100 min nəfərə 7 hakim..."
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər
Bir vaxtlar səssizliyə qərq olan bu dağlarda indi həyat qaynayır
Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərəyə növbəti köç