Güləşçilərimizdən hakimlərə etiraz - NUR-SULTANDA QALMAQAL

Qazaxıstanın paytaxtında keçirilən dünya çempionatında Azərbaycan güləşçiləri xoşagəlməz hadisə ilə üzləşib.

APA TV-nin məlumatına görə, əvvəlcə 65 kq çəki dərəcəsində çıxış edən Hacı Əliyev 2 il əvvəl finalda məğlub edib dünya çempionu adını qazandığı rusiyalı Hacımurad Rəşidovla görüşdən sonra hakim qərarı ilə razılaşmayıb.

Son saniyələrə qədər 2:3 hesabı ilə uduzarkən onun fəndi 2 xalla qiymətləndirilib. Rəqibin etirazından sonra bu xallar silinib və rusiyalı 4:2 hesabı ilə qalib gəlib.

H.Əliyev etirazını nümayişkaranə şəkildə göstərib. O, qalibi elan etmək istəyən hakimə yaxınlaşmayıb. H.Əliyev hakimlərlə sərt mübahisə edib, əl tablosunu götürərək hakimlərə “qırmızı” göstərib və yerə çırpıb.


Qeyd edək ki, H.Əliyev üçqat Dünya və üçqat Avropa çempionudur.

Daha bir pəhləvanımız - Mahir Əmiraslanov da diqqət mərkəzinə düşüb.

57 kq çəki dərəcəsində rusiyalı Zaur Uquyevlə 3:4 hesabı ilə uduzan sərbəst güləşçimiz öncə rəqibi ilə mübahisə edib. Daha sonra hakim qalibi elan etmək istərkən əlini ona uzatmayıb. 

Hakim təkcə rusiyalının əlini tutaraq yuxarı qaldırıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR