Güləşçilərimiz tarixi ilkə imza atdılar – APA TV
Azərbaycanın daha bir yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb. 67 kiloqram çəki dərəcəsində çıxış edən Həsrət Cəfərov finalda rusiyalı Ruslan Biçurini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Millinin digər üzvü Ülvü Qənizadə (72 kiloqram) qızıl mükafat uğrunda türkiyəli Səlçuk Canla, qadınların yarışında isə Mariya Stadnik (50 kiloqram) türkiyəli Evin Demirhan, Alyona Kolesnik (59 kiloqram) ukraynalı Alina Filipoviçlə üz-üzə gələcək.
Qeyd edək ki, bundan əvvəl yunan-Roma güləşçilərindən Nihad Məmmədli (60 kiloqram) və Murad Məmmədov (63 kiloqram) qızıl, Rəşad Məmmədov (55 kiloqram) gümüş, Beka Kandelaki (130 kiloqram) bürünc medalın sahibi olub.
OXŞAR XƏBƏRLƏR
19:26
1141
Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərəyə növbəti köç
19:11
1104
İlham Əliyev Birləşmiş Krallığının müdafiə üzrə dövlət nazirini qəbul etdi
10:12
1487
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 193 sakin yurda döndü
17:30
1335
Önümüzdəki günlərdə HAVA NECƏ OLACAQ? – AÇIQLAMA
17:28
1364
Şərurun hülüsü niyə bu qədər məşhurdur?
17:28
1067