Güclü külək əsəcək, yağış, sulu qar, qar yağacaq – HAVA PROQNOZU
Sabah Bakıda və Abşeron yarımadasında səhər və axşam havanın əsasən yağıntılı olacağı gözlənilir. Gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən xəbərə görə, mülayim şimal-qərb küləyi axşam güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 8-11, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.
Rayonlarda isə arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Gecə və səhər saatlarında duman olacağı, qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 3-8, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacaq.
OXŞAR XƏBƏRLƏR
19:48
419
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
416
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
393
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
16:40
307
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
16:39
305
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
16:37
312