Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Sentyabrın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA TV-yə bildirilib ki, temperatur Abşeron yarımadasında - gecə 16-20, gündüz 23-26, Bakıda gecə 17-19, gündüz 24-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 28-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şimal və şərq rayonlarında yağışın leysan xarakterli olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. 

Havanın temperaturu gecə 14-19, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 13-18 dərəcə isti təşkil edəcək. 

Tibbi-meteoroloji proqnoz sentyabrın 28-29-da Abşeron yarımadasında dəyişkən hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR