Gübrəyə görə bölgələrdə taxıl əkinində problem var - Vahid Əhmədov
“Biz Xaçmazda sahibkarlarla görüş keçirdik. Orada ən böyük problem taxıl, buğdanın istehsalı ilə bağlı məsələdir”.
APA TV xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov bildirib.
Vahid Əhmədov deyib ki, taxıl istehsalı ilə bağlı bölgələrdə ciddi problem var: “Bu da gübrəyə görədir. Əsas gübrə Rusiyadan gəlir, onun qiyməti isə böyük sürətlə artır. İnsanlar gübrə alıb istifadə edə bilmirlər. Xaçmazda 20 min hektar sahədə taxıl əkilməlidir, hazırda yalnız 9 min hektara yaxını əkilib. Subsidiya ilə bağlı da problem var. Baxmayaraq elektronlaşıb, lakin problemlər qalmaqdadır”, - deyə deputat bildirib.
OXŞAR XƏBƏRLƏR
16:59
582
Ağdaşda xurma yığımının qızğın çağıdır
16:58
584
Oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb
16:56
499
Almaniyanın eks-kəşfiyyat rəhbərinin Azərbaycanla əlaqəsi barədə İDDİALARA CAVAB
19:20
1090
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
18:23
1072
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə
16:36
1088