"Gözəl şərait var, gözəl mühit özümüzdən asılıdır"
Yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Növbəti köç karvanı bugün Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə olmaqla 102 nəfər köçürülüb. 30 ildən sonra doğma yurdlarına, evlərinə qayıdan Füzuli sakinlərinin sevinci isə gözlərindən oxunurdu. Füzuli şəhərinin sakinləri torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərin xatirəsini böyük ehtiramla yad ediblər. Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bununla da Füzuli şəhərində 95 ailə, yəni 349 nəfərin daimi məskunlaşması təmin edilir.
LƏMAN SALEHOVA ARİF ƏLİYEV APA TV
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi