Göygölə 1500 körpə forel balığı buraxılıb
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin iştirakı ilə Göygöl Milli Parkındakı yeni keçid məntəqəsinə baxış keçirilib.
APA TV-nin yerli bürosunun məlumatına görə, ölkənin təbii su hövzələrində balıq populyasiyasının artırılması, təbii su hövzələrinin zənginləşdirilməsi və ekosistemin qorunması məqsədilə Göygöl Milli Parkı ərazisindəki təbii sututarlara balıq körpələrinin buraxılışı həyata keçirilib, 1500 körpə qızılxallı forel balığı Göygöl gölünə buraxılıb.
Diqqətə çatdırılıb ki, ölkədə balıq ehtiyatlarının artırılmasına töhfə vermək məqsədilə 2021-ci il ərzində təbii su hövzələrinə 6 milyon 500 min balığın buraxılması nəzərdə tutulub. Bildirilib ki, balıq körpələrinin təbii su hövzələrinə buraxılışı oktyabrın sonunadək davam edəcək.
Bu il milli parka daxil olan turistlərin sayı 162 mindən çox olub ki, bu da ötən illərlə müqayisədə xeyli çoxdur.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış etdi
Bakıdakı tozlu havanın səbəbi nədir? – HAVA ŞƏRAİTİ KƏSKİN DƏYİŞDİ!
Məktəb ideoloji mübarizə meydanı deyil, ELMİN VƏ SAĞLAM İNKİŞAFIN MƏKANIDIR
İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşdülər
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib