Göygöldə yol qəzasında 1 nəfər öldü, 3 nəfər xəsarət aldı
Göygöldə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qızıl Qaya qəsəbəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “QAZ-3110” və “VAZ-2104” markalı minik avtomobillərinin toqquşması nəticəsində 45 yaşlı Elşən Hüseynov, 40 yaşlı Elnarə Məmmədova, 39 yaşlı Elnur Şükürov və 39 yaşlı Nərmin Sultanova xəsarət alıblar.
Xəstəxanaya yerləşdirilən yaralılardan Elşən Hüseynovun vəziyyəti ağır olduğundan, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, qəzaya düşən “VAZ-2104” markalı minik avtomobili taksi fəaliyyəti ilə məşğul olurmuş.
İlkin ehtimallara görə, qəza avtomobillərdən birinin ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanları yola salınıb
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib