Göygöldə səsvermə prosesini 840 müşahidəçi izləyir
Göygöl rayonunda seçici aktivliyi müşahidə olunur.
APA TV-nin yerli bürosunun xəbərinə görə, 101 saylı Göygöl-Daşkəsən Seçki Dairəsinin 1 saylı seçki məntəqəsində seçicilər səsvermə hüququndan istifadə edərək, öz namizədlərinə səs verirlər.
Məntəqədən bildirilib ki, bu saata qədər səsvermə prosesi zamanı heç bir neqativ hal qeydə alınmayıb. Burada səsvermə prosesini 14 yerli və 2 beynəlxalq müşahidəçi izləyir.
Qeyd edək ki, 101 saylı Göygöl-Daşkəsən Seçki Dairəsi üzrə 74 seçki məntəqəsi var. Bunun 49-u Göygöl, 30-u isə Daşkəsəndə yerləşir. Dairə üzrə səs verənlərin sayı 44 946, müşahidəçilərin sayı isə 840 nəfərdən artıqdır. 5 seçki məntəqəsində "exit-poll" keçirilir.
OXŞAR XƏBƏRLƏR
19:48
379
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
377
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
352
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
16:40
305
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
16:39
301
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
16:37
309