Göygöldə sərxoş sürücü qəza törətdi - YARALILAR VAR
Göygöl rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Üçtəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “QAZel” markalı yük maşını “Niva” markalı avtomobilə çırpılıb. Zərbənin gücündən “Niva” aşıb. Aşan maşının sürücüsü, 1985-ci il təvəllüdlü Göygöl rayon sakini Ramazan Mövlayev və avtomobildə olan sərnişin xəsarət alıb. Yaralıların hər ikisi xəstəxanaya yerləşdirilib. Xəstələrin vəziyyətinin orta ağır olduğu bildirlir. İlkin məlumata görə, yük maşınının sürücüsünün spirtli içki qəbul etdiyi bildirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:50
959
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
19:49
1019
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
19:48
973
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
19:09
983
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
18:16
987
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
18:15
987