Göygöldə polis əməkdaşları şəhid və qazi ailələrinə ərzaq yardımı paylayıb
Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları rayonda yaşayan, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş soydaşlarımızın ailələrinə eləcədə döyüşlərdə yaralanaraq qazi olan şəxslərin ailələrinə ərzaq yardımı paylayıb. Polis əməkdaşları ailələrin qayğı və problemləri ilə maraqlanıblar.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi xalqımız tərəfindən daim əziz tutulduğu bir daha diqqətə çatdırılıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birinin müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların hər cür qayğı ilə əhatə olunmasını təşkil etmək olduğu ailə üzvlərinin diqqətinə çatdırılıb. Polis əməkdaşları da bu nəcib təşəbbüsə qoşulmağı özlərinə borc biliblər.
Ümumilikdə gün ərzində polis əməkdaşları İkinici Qarabağ müharibəsində şəhid olan 22 ailəyə ərzaq yardımı çatdırıb. Bu kimi xeyriyyə aksiyalarının qarşıdakı aylardada davam etdirilməsi planlaşdırılır.
OXŞAR XƏBƏRLƏR
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?