Göygöldə koronavirus xəstələri barədə cinayət işi açıldı
Göygöl rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları koronavirus testinin nəticəsi pozitiv çıxan, rayon sakini, Vüqar Rzayevin karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etdiyini müəyyən ediblər.
DİN mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan APA TV-nin yerli bürosuna verilən məlumata görə, polis əməkdaşları onu yaşadığı ünvana göndərib.
Keçirilən digər tədbir zamanı rayon sakini Murad Paşayevin də koronavirus testinin nəticəsinin pozitiv çıxmasını bilə-bilə yaşadığı evi tərk etməsi aşkarlanıb. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə o, evə göndərilib.
Həmin şəxslər barəsində cinayət işi başlanıb, faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
18:38
317
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
17:58
935
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
17:20
946
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
17:18
860
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
13:54
2240
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
13:17
2189