Göygöldə iki maşın toqquşdu – 2 YARALI
Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Şəmkir yolunun rayonun Quşqara kəndindən keçən hissəsində qeydə alınıb.
1991-ci il təvəllüdlü İsmayıl Nizaməddin oğlu Abbasov idarə etdiyi “Mercedes” markalı minik maşını ilə hərəkətdə olarkən 2000-ci il təvəllüdlü Nicat Natiq oğlu Qənbərovun idarə etdiyi “Ford” markalı maşınla toqquşub. Qəza zamanı “Mercedes”in sərnişinləri, Kürdəmir rayon Karrar kənd sakinləri – 1996-cı il təvəllüdlü Beyrək Valeh oğlu Ələkbərov və 1998-ci il təvəllüdlü Əliağa Şəmsi oğlu Zalıyev xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanları yola salınıb
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib