Göygöldə evdən oğurluq edən dəstə zərərsizləşdirildi
Göygöldə evdən oğurluq edən şəxslər saxlanılıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Göygöl rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 11-də rayonun Yeni Zod kəndində evdən oğurluq edən şəxslər saxlanılıb.
Rayon sakinləri, 31 yaşlı Xəyal Orucov, 28 yaşlı Elvin Məmmədov, 35 yaşlı Ərşad İsmayılov və əvvəllər məhkum olunmuş Təbriz İsmayılov həmkəndlilərinin evinə gizli yolla daxil olaraq həyətyanı sahədən 2000 manat dəyərində su mühərrikini və 650 manat dəyərində qaynaq aparatını oğurlayıblar.
Keçirilən əməliyyat nəticəsində Elvin Məmmədov, Xəyal Orucov və Təbriz İsmayılov saxlanılaraq istintaqa təhvil verilib.
Ərşad İsmayılovun yerinin müəyyənləşdirilərək saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
Zəngəzur dəhlizi ilə bağlı danışıqlarda yeni mərhələ - Nazir açıqladı
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanları yola salınıb