Göygöldə cücə sexi yanıb
Göygöldə cücə sexində yanğın baş verib.
APA TV xəbər verir ki, hadisə rayonun Qızılca qəsəbəsində qeydə alınıb.
Ümumi sahəsi 1000 kvm olan ərazinin dəmir taxtadan ibarət 400 kvm konsturksiyası tamami ilə yanıb. Yanğın zamanı sex boş olub.
Alovu söndürmək üçün hadisə yerinə Göygöl və Gəncə şəhər Yanğından mühafizə xidmətinin ümumilikdə 5 briqadası cəlb edilib.
Təxminən 1 saat ərzində alovun qarşısı alınıb. Hadisənin dəqiq səbəbləri bilinməsə də ilkin səbəb kimi elektrik naqillərində yaranan qısa qapanma göstərilir.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
11:43
995
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
999
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
1024
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1331
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1919
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1937