Göygöldə avtomobilin vurduğu piyada öldü – SÜRÜCÜYƏ CİNAYƏT İŞİ AÇILDI
Göygöldə piyadanın ölümü ilə nəticələn ağır yol qəzası baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Balçılı kəndi ərazisində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən piyada - Gəncə şəhər sakini, 36 yaşlı Fizuli Əsgərov “VAZ 2106” markalı minik maşını tərəfindən vurulub. Piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanıb. Araşdırma zamanı hadisənin “VAZ 2106” markalı avtomobilin sürücüsü, Göygöl rayon sakini, 32 yaşlı Emin Məmmədov tərəfindən törədildiyi müəyyən edilib. O, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV
OXŞAR XƏBƏRLƏR
11:43
1306
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
1316
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
1351
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1364
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1952
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1971