Göydən “Xaç suyu” yağdı - KEŞİŞLƏR SƏRXOŞLARI PAK ETDİ
"Müqəddəs su", "İçilməsi mümkünsüz qədəh", İoann Predteçin siması, iki keşiş və AN-2 təyyarəsi. Bunlar sərxoşluqdan qurtulmaq üçün lazım olan şeylərdir”. Rus Pravoslav Kilsəsində belə düşünürlər. APA TV-nin “Reuters”ə istinadən məlumatına görə, Rusiyanın Tver şəhəri üzərində "Xaç uçuşu" həyata keçirilib. Bir qrup keşiş tədbir çərçivəsində AN-2 təyyarəsi vasitəsilə səmadan xaç batırılmış 70 litr suyu yerə buraxıb. Onların dediyinə görə, əsas məqsəd sakinlər arasında yayılan sərxoşluğa qarşı mübarizə aparmaqdır. Mərasim “Sərxoşluqdan sonrakı ayılma günü”nə təsadüf edib. Ayini mitropolit Savva və daha bir keşiş icra edib. Suyun təyyarənin göyərtəsinə dağılmaması üçün vedrədən istifadə olunub. Kilsə rəsmiləri hətta əməllərinə haqq qazandırıb: "İstənilən xəstəliyi virus törədir, virus isə bəladır. Ona görə də istənilən mərəz ruhi xəstəlikdir". Ayin iştirakçıları arasında sərxoşluğa qalib gələn cütlük nümayəndəsi var.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."