Göyçayda yas mərasimində kütləvi zəhərlənmə baş verib
Göyçay rayonunda qidadan kütləvi zəhərlənmə qeydə alınıb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Hacıağabəyli kənd sakini Azər Quliyevin anasının yas mərasimində olub.
Axşam saat 20:00 radələrində məclis iştirakçılarından təxminən 15-ə yaxın şəxsin halı qəfildən pisləşib.
İshal və qusma əlamətləri olan bu insanlar təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda onların müayinə və müalicəsi üçün tədbirlər görülür.
Zəhərlənən şəxslərdən bir neçəsi uşaqdır. İnsanların nədən zəhərləndiyi hələlik dəqiq bilinmir.
Xatırladaq ki, zəhərlənən şəxslərinin vəziyyəti yaxşıdı, müalicələri davam etdirilir.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:19
664
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
18:00
704
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
14:07
948
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
18:55
968
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
12:53
1157
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi
18:25
1634