Göyçayda təsərrüfata hücum edən canavar sakinə ziyan vurdu
Göyçayda yırtıcı heyvanlar kəndə hücum edərək fərdi təsərrüfata ziyan vurub.
APA TV-nin yerli bürosunun xəbərinə görə, canavarlar rayonun Üngütlü kənd sakini Namiq Qəribovun həyətinə hücum edib. Ev sahibinin sözlərinə görə, gecə saat 4:00 radələrində canavar onun bir baş uzunqulağını parçalayıb. O, vaxtında müdaxilə etdiyi üçün inəkləri və qoyunları yırtıcının hücumundan xilas edə bilib.
Kənd sakinlərinin sözlərinə görə, qış və yaz aylarında canavar və çaqqallar tez-tez fərdi təsərrüfatlara hücum edərək, iri və xırdabuynuzlu heyvanlarını, ev quşlarını tələf edir.
Çarəsiz qalan kənd sakinləri ov tüfəngindən istifadə etməyə icazə verilməsini və heyvandarlıq təsərrüfatlarına ziyan vuran vəhşi heyvanlara qarşı tədbir görülməsini istəyirlər.
OXŞAR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı