Göyçayda nar bağlarına xəstəlik düşdü – “40 min ziyan gözləyirəm” - APA TV
Göyçay sakinlərinin payızda yeganə gəlir sahəsi olan narçılıq təsərrüfatlarında bir neçə gündən sonra yığıma başlanılacaq. Son günlərdə də havanın yağmurlu keçməsi meyvədə “boz çürümə” adlanan xəstəliyin yaranmasına səbəb olub. Fermerlər bildirir ki, narın keyfiyyəti hava amilindən asılıdır. Yağmurlu hava kimi, həddindən artıq isti hava da məhsuldarlığa təsir edir. Məhsulun zay olmasının səbəblərindən biri də narın çiçəkləmə dövründə anormal istilərin hökm sürməsi olub. Fermerlərin sözlərinə görə ötən il narda məhsuldarlıq yüksək səviyyədə olub. Bu il isə meyvənin əksəriyyətində xəstəlik var. Qiymətlər də ötən ilə nisbətdə heç də ürək açan deyil. Əgər ötən il narın bir kiloqramı 1 manat 1 manat 20 qəpik idisə, fermerlər bu il narın kiloqramını 2 manata satmağı düşünürlər. Bəzi fermerlər hətta meyvəni bu qiymətə satmaqla da bağa çəkdiyi xərci qarşılayacağına inanmır. Mütəxəssislər hesab edir ki, nar bağlarında düzgün aqrotexniki və kimyəvi qulluq aparılarsa yağmurlu hava məhsuldarlığa daha az təsir edər. Hazırda rayon ərazisində 30408 hektar nar bağı mövcuddur. Bundan 30290 hektar bar verən, 118 hektar bar verməyən bağlardı. Rayon ərazisində nar bağları Bığır, Hacıalıkənd, Qarabaqqal, Ləkçıplaq, Qaraxıdır, Alxasafa, Aşağı Qaraməryəm kəndləri ərazisində çoxluq təşkil edir. Qeyd edək ki, hazır məhsulun bir qismi yerli bazara verilir, xeyli hissəsi isə Rusiya və digər ölkələrə ixrac edilir.
İlham Əhmədov, Taleh İbrahimov, APA TV
OXŞAR XƏBƏRLƏR
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər
Bir vaxtlar səssizliyə qərq olan bu dağlarda indi həyat qaynayır
Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərəyə növbəti köç
İlham Əliyev Birləşmiş Krallığının müdafiə üzrə dövlət nazirini qəbul etdi