Göyçayda gizli fəaliyyət göstərən kafenin sahibi həbs edildi
Göyçayda gizli fəaliyyət göstərən kafe aşkar edilib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, karantin rejimi qaydalarının təmin olunması məqsədilə Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində xidmət aparılan zaman Birinci Ərəbcəbirli kəndində Sabit Məmmədova məxsus gizli şəkildə fəaliyyət göstərən və içərisində müştərilərində olduğu kafe aşkar edilib.
Həmin kafenin sahibi Sabit Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və Göyçay Rayon Məhkəməsinin qərarı ilə inzibati həbs olunub.
Sinx. Fəxri Aslanov Göyçay RPŞ-nin rəis müavini
Qeyd edək ki, Sabit Məmmədov bir neçə gün öncə də karantin rejimi qaydalarını pozaraq, gizli şəkildə kafe işlətdiyi üçün Polis Şöbəsinin əməkdaşları tərəfindən ona xəbərdarlıq edilmiş və barəsində protokol tərtib edilmişdi. Bu cür reydlər mütəmadi olaraq hər gün davam etdirilir.
Şahnəzər Bəşirov
OXŞAR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı