Göyçayda fermerə külli miqdarda ziyan dəydi – POMİDOR ŞİTİLLƏRİ MƏHV EDİLDİ
Göyçayda istixanadakı pomidor şitilləri məhv edilib, fermerə 5 min manat ziyan vurulub.
APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Ləkçıplaq kəndində baş verib.
Belə ki, hələlik şəxsiyyəti məlum olmayan şəxs və ya şəxslər kənd sakini, Ruhin Osmanova məxsus istixanaya daxil olaraq 1000-ə yaxın pomidor şitillərini yararsız hala salıblar.
Ümumilikdə fermerə 5 min manata yaxın maddi ziyan dəyib. Ruhin Osmanovun sözlərinə görə, buna bənzər hadisələr bundan öncə də baş verib.
Fermer bundan əvvəl də istixanadan ona məxsus xeyli sayda əşya və avadanlıqların oğurlandığını bildirib.
Qeyd edək ki Ruhin Osmanov hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 Qaynar Xətt Mərkəzinə müraciət edib. Faktla bağlı əraziyə baxış keçirən Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
Şahnəzər Bəşirov
APA TV
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi