Göyçayda "BMW" yoldan çıxaraq aşıb, 6 nəfər xəsarət alıb
Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 15:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 200-cü kilometrliyində, Göyçayın Qarayazı kəndi ərazisindən keçən hissəsindən qeydə alınıb.
Göyçayın Bəydövül kənd sakini Natiq İbadovun idarə etdiyi "BMW" markalı minik avtomobili yoldan çıxaraq su arxına aşıb. Hadisə zamanı sürücü və həmin kənddən olan 5 nəfər sərnişin xəsarət alıb. Onlardan ikisi azyaşlı uşaqdı. Xəsarət alan şəxslər Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
13:54
1389
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
13:17
1375
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
19:45
2516
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19:43
1525
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
18:12
1953
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
16:20
1122