Göyçayda avtomobil anidən yanıb kül oldu
Göyçay rayonunda hərəkətdə olan minik avtomobili qəflətən yanıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam Göyçay şəhərinin Natəvan küçəsində qeydə alınıb.
Çayarxı kənd sakini, 1974-cü il təvəllüdlü Rəsulov Murad Qismət oğluna məxsus 90-BS-564 dövlət nömrə nişanlı "VAZ-2104" markalı minik avtomobili yolda hərəkətdə olarkən mühərrik hissəsində qısaqapanma səbəbindən yanğın baş verib. Alov qısa vaxtda avtomobili bürüyüb. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobil yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:48
419
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
416
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
393
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
16:40
307
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
16:39
305
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
16:37
312