Görmə qüsurlu şəxsi və ona kömək edəni avtomobil vurub
Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb. Qəza Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb. Görmə qüsurlu 1985-ci il təvəllüdlü Əliyev Natiq Ümidəli oğlu 1997-ci il təvəllüdlü Ələkbərov Həsən Ələkbər oğlunun köməkliyi ilə yolun piyada üçün müəyyən edilməyən hissəsindən keçərkən onların hər ikisini “Nissan” markalı avtomobil vurub. Görmə qüsurlu N.Əliyev hadisə yerində ölüb. H.Ələkbərov isə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Hadisəni törədən sürücü affekt vəziyyətinə düşüb. O da xəstəxanaya yerləşdirilib. Hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.Hazırda avtotexniki ekspertiza təyin edilib.
OXŞAR XƏBƏRLƏR
18:25
171
“Bu, minlərlə vətəndaşın taleyidir” – Viktor Yuşşenko
16:29
325
Beynəlxalq səyyahlar Azıx mağarasında olublar
16:25
258
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib
16:59
1097
Ağdaşda xurma yığımının qızğın çağıdır
16:58
1017
Oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb
16:56
923