Görmə məhdudiyyətli şəxslər üçün kitab oxumaq asanlaşdı
Görmə məhdudiyyətli, eyni zamanda kitabları audio formatda dinləməyi sevənlər üçün Azərbaycanda layihə hazırlanıb.
“Audiokitab” layihəsinin rəhbəri Əhliman Ərşadlı deyir ki, əsas məqsədlərdən biri görmə məhdudiyyətli insanlar üçün mütaliənin daha da əlçatanlığının təmin edilməsidir: ”Azərbaycan klassiklərindən tutmuş, müasir yazarlarımıza qədər, eyni zamanda dünya klassikləri və müasir yazarlarından əsərlər var. Həmçinin tarixi mühazirələr var ki, professor Kərim Məmmədovun, Elxan Həsənovun öz ifalarında, həmçinin yazarlarımızın öz ifasında qəzəllər var. Uşaq ədəbiyyatı, 7, 8, 9, 10-cu siniflər üçün dərsliklər səsləndirilib. Ümumilikdə çox böyük bir çeşiddən yararlana bilərlər”.
Əhliman Ərşadlının sözlərinə görə, bu gün soydaşlarımız rahatlıqla İOS və Android platformalarında olan “Audiokitab” mobil tətbiqini yükləyib, 700-ə yaxın audiokitab və 1200-dən çox əsəri dinləyərək, layihədən yararlana bilərlər. Mobil tətbiqlərin əsas üstünlüklərindən biri, yüklənmiş kitabları internet şəbəkəsi olmadan da dinləmək imkanının olmasıdır.
Semral Cavad,
Xəqani Hüseynov,
APA TV
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
Türkmənistan Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub
“Bakıdan qatarla Zəngəzur üzərindən Naxçıvana getmək mümkün olacaq” – Deputat
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib