Goranboyda yol qəzası baş verdi - 3 NƏFƏR XƏSARƏT ALDI
Goranboyda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Səmədabad kəndində qeydə alınıb. Hərəkətdə olan "VAZ 2107" markalı minik maşını idarəetmədən çıxıb və yolun kənarına aşıb.
Qəza zamanı 3 nəfər xəsarət alıb. Onlardan 1996-cı il təvəllüdlü İmamverdiyev Emin Qafar oğlu və 1997-ci il təvəllüdlü Yusifov İbarahim Əbülfət oğlu xəstəxanaya yerləşdirilib, bir nəfər isə yüngül xəsarət aldığından ona hadisə yerində tibbi yardım göstərilib.
Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
11:43
1386
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
1395
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
1439
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1375
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1960
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1979