Goranboyda örüşdə top mərmiləri tapıldı
Goranboy rayonu ərazisində top mərmiləri tapılıb.
APA TV-nin Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) istinadən məlumatına görə, sursat rayonun Qaramusalı kəndində, Qarasu adlanan ərazidə aşkarlanıb.
Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib və adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində 3 ədəd top mərmisi - 2 ədəd 152 mm-lik OF-29 və 1 ədəd 122 mm-lik OF-56 aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Top mərmilərinin ətrafında 150 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
OXŞAR XƏBƏRLƏR
17:47
924
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
17:21
816
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
17:20
820
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
19:48
878
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
840
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
856