Goranboyda minik maşını traktorla toqquşub, ölən var
Goranboyda ölümlə nəticələn ağır yol qəzası baş verib.
APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, hadisə Naftalan-Goranboy yolunun Qızılhacılı qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ” markalı minik avtomobili və “Belarus” markalı traktor toqquşub.
Qəza zamanı “VAZ” markalı maşının sürücüsü 1958-ci il təvəllüdlü Məmmədov Məşdi Sabir oğlu hadisə yerində ölüb. Əraziyə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalan meyiti deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır
Fuad Nazimoğlu, Mehdi Məmnədov, APA TV, Goranboy
OXŞAR XƏBƏRLƏR
16:29
853
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
16:12
859
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
17:12
1415
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
17:11
975
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
17:10
928
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
18:19
1805