Goranboyda minik maşını ilə yük maşını toqquşdu, xəsarət alan var
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib, minik maşını ilə yük maşını toqquşub.
APA Tv-nin qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun, rayonun “Dəliməmmədli” şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, rayonun Nizami kənd sakini, 1992-ci il təvəllüdlü Məmmədov Vasif Xasay oğlu idarə etdiyi “VAZ 2106” markalı minik maşını hərəkətdə olan zaman “KamAZ” markalı yük maşınına arxadan çırpılıb.
Qəza nəticəsində, sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Sürücünün vəziyyətinin kafi olduğu bildirilir.Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:48
728
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
713
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
728
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
16:40
341
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
16:39
335
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
16:37
345