Goranboyda “KamAZ”la “Jiquli” toqquşdu: 1 ölü, 6 yaralı

 

Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisə baş verib. APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, hadisə dünən axşam saatlarında Goranboy-Borsunlu avtomobil yolunun Veyisli kəndi ərazisindən keçən hissəsində baş verib. “VAZ-2107” markalı minik avtomobilin “KamAZ” markalı yük maşını ilə toqquşması nəticəsində “VAZ”-da olan beş nəfər Tərtər rayon sakinindən biri - 1955-ci il təvəllüdlü Əhmədov Rasim Məhəmməd oğlu aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib. Digər dörd sərnişin - Natiq Rüstəmov, Şahnaz Rüstəmova, Ədalət Babayev və Şövkət Əlizadə isə çoxsaylı bədən xəsarətləri ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Qəza zamanı aşan yük maşınının sürücüsü Elmir Şirinov və 17 yaşlı sərnişini Elvin Şirinov isə Gəncə şəhərindəki klinikalardan birinə aparılıb. Hər iki xəstəxanada olan yaralılardan bəzilərinin durumu stabilləşsə də, bir neçəsinin sağlıq durumu orta ağır olaraq qiymətləndirilir. Qeyd edək ki, qəzadan sonra yük maşını aşıb, minik avtomobili isə yararsız vəziyyətə düşüb. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR