Goranboyda iribuynuzlu heyvanı maşın vurdu, sürücü və arvadı yaralandı
Goranboyda avtomobil iribuynuzlu heyvanı vurub.
APA TV-nın yerli bürosunun xəbərinə görə, rayonun Xınalı kənd sakini, 1995-ci il təvəllüdlü Xəyal Nəsib oğlu Hüseynov idarə etdiyi “VAZ-2106” markalı hərəkətdə olarkən yola iribuynuzlu heyvan çıxıb.
İki nəfərin xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi Dəlməmmədli-Qırıxlı yolunun Əzizbəyov kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ-2106” markalı minik maşını iribuynuzlu heyvanı vurub. Qəza zamanı avtomobildə olan ər və arvad xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Xəstəxanadan bildirilib ki, yaralıların vəziyyəti orta ağır olaraq qalır. Xəsarət alanlardan Xəyal Hüseynovun vəziyyəti ağır olduğundan, başqa xəstəxanaya göndərilib.
Qeyd edək ki qəzaya səbəb yolun qaranlıqlı olması olub. Sürücü yolda olan iribuynuzlu heyvanı görməyib, nəticədə heyvan tələf olub. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək