16:35 16 may 2022 288
Ana səhifə Xəbərlər

Goranboyda əlillik dərəcəsi satılır?

38 yaşlı Qadir Bağırov  əslən Xocalı rayonundandır. 30 ilə yaxındır ki, o Goranboyda məcburi köçkün kimi məskunlaşıb. Müsahibimiz əlillik statusu ala bilməməsindən şikayətçidir.

Müsahibimizin APA TV-nin yerli bürosuna verdiyi məlumata görə, onun ayağının altı düz və ürəyi zəifdir. Buna görə də müayinə olunmaq üçün bir neçə dəfə Goranboy və Xocalı rayon mərkəzi xəstəxanalarına üz tutub. Vətəndaş deyir ki, xəstəxanada yoxlanılsa da onu bir müddətdir ki,  get gələ salıblar. Şikayətçi deyir ki, hətta Bakı şəhərində də müayinədən keçib. Amma bu günə qədər bir nəticə yoxdur.

Qadir Bağırovun sözlərinə görə Goranboy rayon mərkəzi xəstəxanasından bildirib ki, ona əlillik düşmür. Şikayətçinin sözlərinə görə, təqaüdə çıxması üçün ondan rüşvət tələb ediblər.      

Problemlə bağlı şikayətçi ilə birlikdə yoldandıq Goranboy rayon mərkəzi xəstəxana.

Apardığımız araşdırma  zaman məlum oldu ki, Qadir Bağırov tibb müəssisənin əvvəlki rəhbərliyinə müraciət edib. Xəstəxananın direktoru Rauf Yəhyayev APA TV-yə bildirib ki, 2 aydır ki, sözü gedən xəstəxanaya  rəhbər vəzifəsinə təyin edilib. Bu müddət ərzində isə şikayəti xəstəxanaya müraciət etməyib. Direktor şikayətçini əməkdaşlarımızın yanında qəbul edib. Onun yenidən müayinə olunmaq üçün xəstəxanaya dəvət edib.

Ümid edirik ki, bu dəfə vətəndaş qanunlar çərçivəsində yoxlamadan keçiriləcək. Problem öz həllini tapanadək mövzunu diqqətdə saxlayacağıq.

Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV, Goranboy

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın