Goranboyda aşkarlanan qəbirlərdən xeyli sayda muncuq çıxdı - APA TV
Təxminən bir hektar ərazini əhatə edən nekropolun hələ ki, iki yüz kvadratlıq sahəsində qazıntı aparılıb. Tapılan qəbirlərdən çoxlu sayda muncuq aşkarlandığından nekropola “muncuqlutəpə” adı verilib. Qazıntı aparılan ərazi çay yatağından bir qədər aralıda yerləşir. Yaxınlıqda Qalaboyunu qədim yaşayış yeri, Gölyeri eneolit və erkən tunc dövrü yaşayış yeri və çoxsaylı kurqanlarla əhatə olunub. Aşkarlanan qəbirlərdə insan skeletləri ilə yanaşı məişət əşyalarına da rast gəlinir. Kənd ərazisində son tunc, erkən dəmir dövrünə aid 30-a qədər qəbir aşkarlanıb. Burada tapılan bütün qəbirlər Azərbaycanın digər ərazilərindən aşkar olunmuş qəbirlərdən bəziləri xüsusiyyətlərinə görə seçilir. Diqqəti çəkən oturaq tipli dəfnlərdir. Qəbirlərdə zoomorf tipli qablar, kişi qəbirlərində silahlar, qadın qəbirlərində bəzək əşyaları üstünlük təşkil edir. Ərazidə tapılan assuriya tipli qablar, nəlbəki formalı vaza tipli qablar 8-7 əsrdə bu ərazinin tayfaları ilə ön Asiyanın tayfaları arasında mədəni iqtisadi əlaqələri göstərir. Goranboy rayonu ərazisində 28 dövlət qeydiyyatında olan abidə var. Rayon ərazisində 40 yeni aşkar olunmuş abidə mövcuddur. Fuad Nazimoğlu Mehdi Rəşid APA TV Goranboy
OXŞAR XƏBƏRLƏR
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər
Bir vaxtlar səssizliyə qərq olan bu dağlarda indi həyat qaynayır
Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərəyə növbəti köç
İlham Əliyev Birləşmiş Krallığının müdafiə üzrə dövlət nazirini qəbul etdi