“Google” cərimələndi - FANTASTİK RƏQƏM

“Google” cərimələndi - FANTASTİK RƏQƏM

“Google” “Youtube” portalında uşaqlara aid olan şəxsi məlumatların qanunsuz yayılması və istifadəsi səbəbindən 170 milyon dollar cərimələnib.
APA TV-nin “Reuters”ə istinadən məlumatına görə, bu barədə qərarı ABŞ-ın Federal Ticarət Komissiyası qəbul edib.

Araşdırmalarla müəyyən edilib ki, Youtube valideynlərin icazəsi olmadan uşaqlardan ibarət auditoriyanın bu videohostinq daxilindəki fəaliyyətini izləyir, onlar barədə məlumat toplayır.
Bundan sonra həmin informasiya məqsədli reklam kontentinin yaradılmasında istifadə olunur. ABŞ Federal Ticarət Komissiyasının rəhbəri Co Saymons da onlarda Googleun bu qanunsuz fəaliyyəti ilə bağlı informasiya olduğunu təsdiqləyib: "İddia ərizəmizdə biz YoutubeGoogleun uşaqlara yönələn kanallar və videoçarxlarla bağlı məlumatları toplamasını sübut edən çoxsaylı faktları göstərmişik. Hökumətin qənaətincə, hər iki şirkət KUKİ adlanan məlumat fraqmentləri ilə uşaqların izlədiyi videoçarxlarla bağlı informasiyanı toplayaraq, onları reklam kontentlərinin yaradılmasında istifadə edib. Bu isə 1998-ci ildə qəbul olunan qanuna ziddir. 170 milyon dollar əvvəl uşaqların onlayn təhlükəsizliyinin qorunması ilə bağlı tətbiq olunan istənilən cərimə məbləğindən daha çoxdur. Bundan əlavə, həmin məbləğ “Google” şirkətinin 31 iddia ərizəsi üzrə indiyədək ödədiyi sanksiya məbləğlərini də üstələyir. Tənqidçilər bu məbləğin həddindən artıq az olduğunu hesab edir və bildirirlər ki, “Google”un törəmə şirkətlərindən olan ALPHABET-in rəhbərliyindən kimsə məsuliyyətə cəlb edilməyib”.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR