Gömrük rüsumu ilə bağlı daha bir təklif - BU DƏFƏ...
“Hibrid avtomobillər üçün nəzərdə tutulan gömrük rüsumları sadələşdirilməlidir”.
APA TV-nin məlumatına görə, nəqliyyat eksperti Elnəddin Muradlı hazırda ölkəyə gətirilən əksər hibrid avtomobillər köhnə model olduğunu bildirib: “Bu gün biz görürük ki, Azərbaycanda hibrid avtomobillərə inam, maraq var. Amma gömrük rüsumları çox olduğuna görə insanlar əsasən bu avtomobillərin köhnə versiyalarını, işlənmiş modellərini ölkəyə gətirirlər. Düşünürəm ki, bunun da gələcəkdə acı nəticələrini görəcəyik. Məsələn, 2-3 ildən sonra bu avtomobillərin müxtəlif problemləri ortaya çıxacaq və insanlar onun təmiri və digər məsələlərdə çətinliklərlə üzləşəcəklər. Beləliklə, hibrid avtomobillərə qarşı antipatiya yaranacaq”.
Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyev qeyd edib ki, istismar müddəti başa çatmış avtomobillərin təhlükəsizliyi təkcə ekoloji problemlərlə ölçülmür: “Biz də daha çox marağındayıq ki, nəqliyyat vasitələri ekologiyaya daha az zərər vursun, həm də təhlükəsiz olsunlar. Onların təhlükəsizliyi təkcə ekoloji problemlərlə ölçülmür. Nəqliyyat parkında köhnə avtomobillər mövcuddur. 10 ildən 40 ilə kimi, hətta 50 ilin avtomobili var ki, bu gün də istismar olunur. Belə avtomobillər təkcə ekologiyaya zərər vurmur. Eyni zamanda həmin avtomobildən istifadə edən sürücü və sərnişinlər üçün müəyyən təhlükə var”.
Daha sonra hibrid avtomobillərin üstünlüklərindən bəhs edən videoçarx nümayiş etdirilib.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək