“Göl Əli” keçmiş məhkəmə sədrini öldürdü - TOVUZDA MÜƏMMALI QƏTL
APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb. Rayon sakini, vəkillik fəaliyyəti ilə məşğul olan Firudin Ələkbərli güllələnib. Yaralı dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Polis Firudin Ələkbərlini güllələməkdə şübhəli bilinən rayonun Yanıqlı kənd sakini, 1959-cu il təvəllüdlü Şəmiyev Əli Məhərrəm oğlunu saxlayıb. Qeyd edək ki, Firudin Ələkbərli 90-cı illərdə Tovuz rayon Xalq Məhkəməsinin sədri vəzifəsində çalışıb. O, 1995-ci ildə yol verdiyi nöqsanlara görə vəzifədən azad edilib. İlkin məlumata görə, o şəxsi münasibətlər zəmində öldürülüb. Qeyd edək ki, hadisəni törədən Ə.Şəmiyev rayonda “Göl Əli” ləqəbi ilə tanınır. Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."